Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) THİK və Rəqəmsal İnkişaf Şöbəsinin birgə təşkilatçılığı ilə Gənc Mentorlar Mərkəzi tərəfindən tələbələr üçün “Kompüter şəbəkələrinə giriş” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi iştirakçıların informasiya texnologiyaları sahəsində praktiki bacarıqlarını artırmaq və onları şəbəkə infrastrukturlarının qurulması ilə tanış etmək olub.
Təlim çərçivəsində tələbələrə təlimçi Elvin Zeynallı kompüter şəbəkələrinin iş prinsipləri, şəbəkə avadanlıqlarının növləri, IP ünvanlama, marşrutlaşdırma və şəbəkə təhlükəsizliyi kimi əsas texniki anlayışlar izah edib.
Təlim zamanı tələbələrin sualları cavablandırılıb və iştirakçılara bu sahədə gələcək inkişaf imkanları barədə ətraflı məlumat verilib.