ADNSU-nun MBA Proqramı üzrə təhsil alan tələbələr “Regional Innovation” fənni çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində mühazirədənkənar praktiki dərsdə iştirak ediblər.
Dərs zamanı tələbələrə ASAN xidmətin sədr müavini Ceyhun Salmanov tərəfindən qurumun rəqəmsal transformasiya strategiyası, həyata keçirilən innovativ layihələr və tətbiq olunan idarəetmə modelləri barədə geniş məlumat verilib. Təqdimat həmçinin rəqəmsal xidmətlərin optimallaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində görülən işləri əhatə edib.
Sonda tələbələrə regionların inkişaf potensialına əsaslanan innovasiya layihələrinin hazırlanması üzrə praktiki tapşırıqlar müzakirə edilib.
Bu praktiki dərs MBA tələbələrinin nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə, innovasiya yönümlü yanaşmalarını inkişaf etdirməsinə və dövlət xidmətlərində rəqəmsal transformasiya ilə yaxından tanış olmasına imkan yaradıb.