×

Xəbərlər

Xəbərlər 10 Dec 2025
“AICC CASPIAN 2025” çərçivəsində təşkil olunan sərgidə ADNSU stendi maraqla qarışlanır

Dekabrın 9-da SOCAR-ın ev sahibliyi ilə başlayan “AICC CASPIAN 2025 – Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər” konfransında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) uğurla iştirak edir.

Təhsil və tədqiqat tərəfdaşı olan ADNSU tədbirin ikinci günündə də aktiv iştirak edir. Panel müzakirələrində ADNSU-nun Neft-qaz və kimya mühəndisliyi üzrə proqram rəhbəri Elnur Əlizadə “Neft və qaz sektoru üçün yeni çoxfunksiyalı kompozisiyaların eksperimental tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. İştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sərgi zalında ADNSU-nun stendinə iştirakçılar tərəfindən böyük  maraq göstərilib. Universitetin tədris prosesi, sənaye yönümlü layihələri, elmi tədqiqatları və beynəlxalq əməkdaşlıq imkanları ziyarətçilərə təqdim olunub. Ziyarətçilərə ADNSU-nun innovativ təhsil modeli və texnoloji inkişaf istiqamətləri barədə ətraflı məlumat verilib. 

Qeyd edək ki, tədbir dekabrın 11-dək davam edəcək. Konfrans çərçivəsində texnoloji bütövlük, rəqəmsal innovasiyalar və sənayedə risklərin idarə olunması üzrə aktual mövzular müzakirə olunur.


Paylaş