Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA Proqramının tələbələri “Ümid Babək Əməliyyat Şirkəti”nin (UBOC) “Daşgil” terminalında olublar.
Tələbələrə “Daşgil” terminalının fəaliyyəti, istehsal və əməliyyat prosesləri barədə ətraflı məlumat verilib, həmçinin görülən işlərlə bağlı texniki baxış keçirilib.
Əcnəbi tələbələrin də iştirak etdiyi səfərdə ADNSU tələbələri UBOC şirkətinin əsas ofisini ziyarət ediblər. Burada şirkət rəhbərliyi ilə görüş keçirilib, təlim və səfər nəticələri ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, praktiki biliklərin artırılması məqsədi daşıyan bu sənaye səfəri tələbələr üçün real iş mühitini yaxından tanımaq baxımından mühüm əhəmiyyət kəsb edib.