×

Xəbərlər

Xəbərlər 15 Dec 2025
UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək!

22-24 iyun, 2026-cı il tarixində Azərbaycan-Fransız Universitetində (UFAZ) “Rəqəmsal transformasiyalarda süni intellektin rolu 2026” (AIDT 2026) beynəlxalq konfransı keçiriləcək.
Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Strasburq Universiteti (UNISTRA) və onun iCube Laboratoriyası, eləcə də Fransanın INSA Rouen Normandie universiteti və onun LITIS Laboratoriyası ilə əməkdaşlıq çərçivəsində birgə təşkil olunur. 
AIDT 2026 rəqəmsal dövrdə süni intellektin real tətbiqləri, yeni elmi nailiyyətlər və innovativ yanaşmalar üzrə fikir mübadiləsi aparmaq məqsədilə aparıcı tədqiqatçı, mütəxəssis, strateji qərarverici və sənaye nümayəndələrini bir araya gətirəcək.
Hər il təşkil olunan konfransda beynəlxalq və yerli spikerlərin təqdim edəcəyi ən son tədqiqat nəticələri ilə tanışlığa hazır olun!
Konfransın veb-saytı -  https://aidt-26.ufaz.az/


Paylaş