×

Xəbərlər

Xəbərlər 16 Dec 2025
NASCO XXVIII çərçivəsində ADNSU ilə bir sıra ali təhsil müəssisələri arasında Əməkdaşlıq memorandumları imzalanıb

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı çərçivəsində mühüm əməkdaşlıq sənədləri də imzalanıb.

Tədbir çərçivəsində ADNSU ilə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandumlar rəsmiləşdirilib. Memorandumlar Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Universiteti ilə imzalanıb.

İmzalanan sənədlər ali təhsil və elmi-tədqiqat sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinə, birgə elmi layihələrin icrasına, doktorant və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, akademik mübadilə imkanlarının artırılmasına xidmət edir. Memorandumlar çərçivəsində elmi konfransların, seminar və simpoziumların təşkili, birgə nəşrlərin hazırlanması, innovativ tədqiqatların dəstəklənməsi və müasir elmi çağırışlara uyğun əməkdaşlıq mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Konfrans “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunaraq ölkədə elmin və təhsilin inkişafında gənc alimlərin roluna diqqət çəkib. Tədbirdə müxtəlif ali təhsil müəssisələrindən olan doktorantlar və gənc tədqiqatçılar aktual elmi mövzular üzrə məruzələrlə çıxış ediblər, fikir və təcrübə mübadiləsi aparılıb.

Bottom of Form

 


Paylaş