×

Xəbərlər

Xəbərlər 16 Dec 2025
NASCO XXVIII çərçivəsində ADNSU-da qonaq olan rektorlar universitetin laboratoriya və kompüter otaqlarına baş çəkiblər

Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransının (NASCO XXVIII) açılış mərasimi keçirilib.

Konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, ölkənin müxtəlif ali təhsil müəssisələrindən alimlər, tədqiqatçılar, doktorantlar, gənc elm adamları, eləcə də rəsmi qonaqlar və universitet rektorları iştirak ediblər.

Konfrans çərçivəsində ADNSU-da qonaq olan ali təhsil müəssisələrinin rəhbərləri universitetin, həmçinin ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-ın müasir tədqiqat laboratoriyalarına və kompüter otaqlarına baş çəkiblər. Qonaqlara ADNSU-nun elmi infrastrukturu, innovativ laboratoriyaları və burada aparılan tədqiqatlar barədə ətraflı məlumat verilib. Onlar universitetin maddi-texniki bazasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, NASCO XXVIII Respublika elmi konfransı ölkədə elmi mühitin inkişafına, universitetlərarası əməkdaşlığın genişləndirilməsinə və gənc tədqiqatçıların elmi potensialının üzə çıxarılmasına xidmət edir.

Konfrans dekabrın 17-də başa çatacaq.

 


Paylaş