Azərbaycan Respublikasının elm və təhsil naziriEmin Əmrullayevin müvafiq əmri ilə Elviz İsmayılov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin(ADNSU) elm və innovasiya məsələləri üzrəprorektoru vəzifəsinə təyin olunub.
Elviz İsmayılov 1983-cü ildə Ermənistan SSR-in Kalinin rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Orta təhsilini Nəsimi rayonu 240 nömrəli tam ortaməktəbdə başa vurub. Daha sonra Azərbaycan DövlətNeft Akademiyasının (ADNSU) “Tətbiqi riyaziyyat” ixtisasına qəbul olunub və 2004-cü ildə bakalavrpilləsini bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının “İnformatika” ixtisası üzrəmagistraturaya qəbul olunub və 2006-cı ildə magistrdərəcəsi alıb.
2006-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” kafedrasında“Sistemli analiz, informasiya emalı və idarəetmə” ixtisası üzrə aspiranturada təhsilini davam etdirib.
Əmək fəaliyyətinə akademik sahədə başlayan Elviz İsmayılov 2016-cı ildə Azərbaycan Dövlət GömrükAkademiyasının “İqtisadiyyat və təbiət elmləri” kafedrasında baş müəllim vəzifəsində çalışıb. 2018-ci ildə ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasında assistent vəzifəsinə təyin olunub.Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 23 sentyabr 2022-ci il tarixli qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmidərəcəsinə layiq görülüb.
2019–2024-cü illərdə ADNSU-nun YüksəkPerformanslı Hesablama (HPC) mərkəzində elmimedia və dizayn işləri üzrə icraçı kimi fəaliyyətgöstərib. 2024-cü ildən etibarən isə ADNSU-nun Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzinindirektoru vəzifəsində çalışır.
2019–2025-ci illərdə ADNSU-nun Tələbə Elmi Cəmiyyətlər Şurasının sədri olub və bu müddət ərzindəuniversitet daxilində 6 respublika elmi konfransınıntəşkilinə rəhbərlik edib.
Elviz İsmayılov süni intellekt və yüksəkperformanslı hesablama (HPC) sahələrində 30-dan artıq elmi əsərin, o cümlədən 1 kitabın müəllifidir. Onun 10 məqaləsi Scopus elmmetrik bazasına daxiledilib. Bu istiqamətlər üzrə xarici ölkələrdə keçirilənbeynəlxalq konfrans və simpoziumlarda məruzələrləçıxış edib. Ümumilikdə 50-dən çox yerli startapkomandasına mentorluq edib, bir sıra hakatonlarıntəşkilatçısı olub.
O, 2020-ci ildə ADNSU-nun “Azərbaycan DövlətNeft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)” Azərbaycan Respublikasının yubiley medalıı ilə, həmçinin Azərbaycan Respublikasının elm və təhsilnaziri tərəfindən Fəxri Fərmanla təltif olunub.