×

Xəbərlər

Xəbərlər 08 Jan 2026
ADNSU-nun 46 tələbəsi “Rəqəmsal körpü” təqaüd proqramının qalibi olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və AZCON Holding-in birgə əməkdaşlığı çərçivəsində “Rəqəmsal körpü” təcrübə və təqaüd proqramında yüksək nəticələr əldə edərək qaliblər sırasında yer alıblar. 

Təqaüd proqramı çərşivəsində ən yüksək nəticəni ADNSU tələbələri nümayiş etdiriblər. Belə ki proqram üzrə 39 nəfər ADNSU, 7 nəfər isə UFAZ tələbəsi olmaqla, ümumilikdə 46 tələbə qalib seçilərək təqaüdə layiq görülüb. 

Qeyd edək ki, Proqramın ADNSU üzrə icrası universitetin Təcrübə şöbəsi tərəfindən aparılıb. Proqram informasiya texnologiyaları (IT) sahəsində bakalavriat səviyyəsində təhsil alan sonuncu kurs tələbələrinə akademik biliklərini real iş mühiti ilə birləşdirmək imkanı verir. 

2026-cı ilin fevral-may aylarını əhatə edəcək proqram iştirakçılara müvafiq sahə üzrə təcrübəli mütəxəssislərlə birgə çalışmaq, onların bilik və bacarıqlarından yararlanmaq, həmçinin peşəkar iş mühitini yaxından tanımaq fürsəti yaradacaq. Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən onlara mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları veriləcək.


Paylaş