Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin bir qrup tələbəsi 2025–2026-cı tədris ilinin yaz semestrində İsveç Krallığının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Linköping Universitetində mübadilə proqramı çərçivəsində təhsil alacaq.
Mübadilə proqramı tələbələrə beynəlxalq akademik mühitdə bilik və bacarıqlarını artırmaq, ixtisasları üzrə müasir tədris və tədqiqat imkanlarından yararlanmaq, eyni zamanda ADNSU-nu beynəlxalq müstəvidə layiqincə təmsil etmək imkanı yaradacaq.
Proqramda iştirak edəcək tələbələr aşağıdakılardır:
Nurlana Hacıyeva – Kompüter elmləri, III kurs
Nuray Bağırova – Kompüter elmləri, III kurs
Nigar Feyzi – Kompüter elmləri, III kurs
Əli Abbasov – Kompüter elmləri, III kurs
Azər Vəliyev – SABAH qrupları, Kompüter mühəndisliyi, III kurs
Qeyd edək ki, bu kimi beynəlxalq mübadilə proqramları ADNSU-nun tələbələrinin qlobal təhsil məkanına inteqrasiyasında mühüm rol oynayır.