ADNSU Startup və TTO şöbəsi olaraq, İT sahəsinə marağı olan aşağı kurs tələbələrini dəstəkləmək və onların praktiki bacarıqlarını gücləndirmək məqsədilə SkillCamp proqramına qeydiyyatın başladığını elan edirik.
Proqramın məqsədi tələbələrin təməl İT biliklərini gücləndirmək və onları real layihələr üzrə praktiki işə hazırlamaqdır. Tələbələr proqramlaşdırma, veb inkişaf, AI/ML, robototexnika və IoT sahələrində bilik əldə edəcək, mini-proyektlər üzərində işləyərək problem həll etmə və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirəcəklər. Proqramın sonunda isə komanda layihələri Demo Day-də təqdim olunacaq və bu, tələbələrə təqdimat və layihə idarəetmə təcrübəsi qazandıracaq. Aktiv iştirak edən tələbələr sertifikatlar əldə edəcək.
Kimlər iştirak edə bilər?
• ADNSU-nun 1-ci və 2-ci kurs bakalavr tələbələri, xüsusilə:
• Proqramlaşdırma və Kompüter Elmləri
• Kompüter Mühəndisliyi
• İnformasiya Texnologiyaları
• İnformasiya Təhlükəsizliyi
• Data Analitikası və Süni İntellekt
• Elektrik və Elektronika Mühəndisliyi
• Mexatronika və Robototexnika Mühəndisliyi
• Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
Əsas məlumatlar:
1. Proqram müddəti: 02–15 Fevral 2026 (2 həftə)
2. Sessiya formatı: Həftə içi 5 sessiya (2 saat/sessiya, 10:00–12:00)
3. Komanda ölçüsü: 4–6 tələbə / komanda
4. Track-lar: AI/ML, Web Development, Game Development, Robotics/IoT
Son qeydiyyat tarixi: 25 yanvar 2026
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1rJCmuXxR-giWI26s-XNqTRB083eVQfA-PaKjrKi72Nc/preview