×

Xəbərlər

Xəbərlər 13 Jan 2026
ADNSU-da “Ətraf mühitin monitorinqi” üzrə təlimi başa vuran tələbələrə sertifikat verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün “Ətraf mühitin monitorinqi” üzrə qabaqcıl təlim kursu uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.

Təlimlər çərçivəsində tələbələr ətraf mühitin monitorinqi üzrə məlumatların toplanması, emalı və strukturlaşdırılması, qabaqcıl analitika və vizuallaşdırma alətləri ilə işləmə, xam məlumatların idarəetmə səviyyəli analitik nəticələrə çevrilməsi, eləcə də müasir rəqəmsal texnologiyaların real ekoloji və sənaye problemlərinə tətbiqi sahələrində praktik bacarıqlar əldə ediblər.

Kursu uğurla başa vuran tələbələrə Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri Nərminə Əliyeva və ADNSU-nun müəllimi və kursun təlimçisi  İqor Nəsirov tərəfindən sertifikatlar təqdim olunub. 

Qeyd edək ki, bir semestr davam edən təlim proqramı ADNSU-nun Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının nəzdində, Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilib. Kurs ADNSU-nun müəllimi İqor Nəsirov tərəfindən “SAP Analytics Cloud və SAP Business Builders” platformalarının inteqrasiyası əsasında təşkil olunub.


Paylaş