×

Xəbərlər

Xəbərlər 14 Jan 2026
ADNSU-da Xoşbəxt Yusifzadəyə həsr olunmuş kitab sərgisi təşkil olunub

Yanvarın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində görkəmli alim, Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadəyə həsr olunmuş kitab sərgisi təşkil edilib.

Sərgidə neftçi-geoloq alimin həyat və elmi fəaliyyətini əks etdirən materiallar, fotoşəkillər, müəllifi olduğu kitablar, eləcə də onun haqqında yazılmış kitab və məqalələr nümayiş olunur. Tədbir çərçivəsində “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı”, həmçinin “Dağ mühəndisi-geoloq” ixtisaslarına dair 20-dən çox elmi və tədris materialı oxucuların istifadəsinə verilib.

Kitab sərgisi tələbələr və tədqiqatçılar üçün Xoşbəxt Yusifzadənin zəngin elmi irsi ilə daha yaxından tanış olmaq baxımından böyük maraq doğurur.

 


Paylaş