×

Xəbərlər

Xəbərlər 15 Jan 2026
III Ümumrespublika elmi məqalə müsabiqəsinin qalibləri arasında ADNSU tələbələri də yer alıb

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan “Azərbaycanın dövlət suverenliyinin gücləndirilməsində Qarabağın dirçəldilməsinin strateji aspektləri” mövzusunda III Ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri elan edilib.

UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı, “SOCAR POLYMER” MMC-nin dəstəyi ilə keçirilən müsabiqə Qarabağın dirçəldilməsi məsələlərinə həsr olunub. Təqdim edilən məqalələrdə Qarabağın dirçəldilməsinin strateji əhəmiyyəti, Qarabağ iqtisadi rayonunun inkişafında regional əməkdaşlığın rolu, Şuşada mədəniyyət və turizm iqtisadiyyatının prioritetləri, nəqliyyat layihələrinin iqtisadi təhlükəsizliyə təsiri, eləcə də Xankəndi şəhərinin iqtisadi inkişaf modelləri əsas tədqiqat istiqamətləri kimi araşdırılıb.

Müsabiqəyə ölkənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən 200-ə yaxın elmi məqalə təqdim olunub.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri Nigar Cəfərli və Məhəmməd Sultanlı qaliblər sırasında yer alıblar. Belə ki, Nigar Cəfərli III yerə layiq görülüb, Məhəmməd Sultanlı isə ilk onluqda qərarlaşıb.

Qeyd edək ki, müsabiqə gənclərin elmi fəaliyyətə cəlb olunması və Qarabağın dirçəldilməsi istiqamətində aparılan tədqiqatların təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. 


Paylaş