Yanvarın 16-da “İdealise” İnkubasiya proqramı çərçivəsində növbəti pitching üzrə təlim ADNSU-nun Startup və TTO şöbəsinin müdiri Əhməd Əhmədzadə tərəfindən keçirilib. Təlim zamanı startup komandalarına təqdimat bacarıqları, ideyanın düzgün quruluşu və investor qarşısında effektiv çıxış üçün əsas yanaşmalar izah edilib.
Əhməd Əhmədzadə çıxışında pitching prosesinin ən vacib elementlərini – problemin düzgün formalaşdırılması, həll təklifinin aydın izahı, biznes modelin davamlılığı, rəqib analizinin aparılması və bazar analizinin dəqiq qiymətləndirilməsi kimi komponentləri detallı şəkildə izah edib. O, həmçinin bazara çıxış strategiyasının hazırlanması, komandanın rolu və investorların ən çox diqqət etdiyi məqamlar barədə praktiki nümunələr təqdim edib.
Komandalar suallarını ünvanlayaraq layihələrinə dair konkret məsləhətlər əldə ediblər.