Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin THİK-in təşkilatçılığı ilə ADNSU tələbələri və bir qrup əcnəbi tələbə 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub. Tələbələrə 20 Yanvar faciəsinin tarixi və siyasi əhəmiyyəti barədə məlumat verilib.