×

Xəbərlər

Xəbərlər 20 Jan 2026
ADNSU-nun kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar faciəsindən 36 il ötür. Hər il olduğu kimi, bu il də faciənin ildönümündə xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzür, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırlayırlar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov və universitetin professor-müəllim heyəti də 20 Yanvar faciəsinin 36-ci ildönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının müqəddəs xatirəsini ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

 

 


Paylaş