×

Xəbərlər

Xəbərlər 29 Jan 2026
Fransanın Azərbaycandakı səfiri UFAZ-ı rəsmi ziyarət edib

Yanvarın 29-da Fransa Respublikasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri xanım

Sofi Laqut Azərbaycan Dövlət Neft və Sənaye Universitetininnəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetini(UFAZ) ziyarət edib.

UFAZ-ın tədris binası və laboratoriyalarına turla başlayanziyarət zamanı xanım səfir müasir

avadanlıqlar və davam edən tədqiqat layihələri ilə tanış olub. Universitet rəhbərliyi ilə keçirilən

rəsmi görüşdə isə Azərbaycan və Fransa arasında mədəni körpürolunu oynayan UFAZ-da tədris

fəaliyyəti, tələbə qəbulu, cari çağırışlara cavab verən ixtisaslarınyaradılması və mövcud

ixtisasların təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq vətədqiqat yönümlü fəaliyyətin

dəstəklənməsi ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra səfir akademik heyət və tələbələrlə bir araya gəlib. UFAZ-ın icraçı

direktoru, dosent Vazeh Əskərovun salamlama nitqindən sonraAzərbaycan Dövlət Neft və

Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovçıxışında UFAZ-ın Azərbaycan–Fransa arasında ali təhsilsahəsində uğurlu əməkdaşlıq modeli kimi yalnız yüksək ixtisaslıkadrların hazırlanmasına deyil, eyni zamanda birgətədqiqatların, innovativ təşəbbüslərin və akademik mobilliyininkişafına mühüm töhfə verdiyini deyib. Daha sonra nitqsöyləyən səfir Sofi Laqut uğurlu mədəni əlaqələr, beynəlxalqəməkdaşlıq, akademik mükəmməllik və innovativ yanaşmanınəhəmiyyətindən bəhs edib.

Tədbirin xüsusi məqamlarından biri 2025-2026-cı tədris ilininpayız semestrində yüksək

nəticələr göstərmiş bakalavr və magistr tələbələrininsertifikatlarla təltif edilməsi mərasimi

olub. Səfir Sofi Laqut sertifikatları tələbələrə şəxsən təqdimedərək onlara daha böyük

nailiyyətlər arzu edib.

Daha sonra UFAZ Koordinatoru, professor Jan-Mark Planeksinmoderatorluğu ilə interaktiv

sessiya təşkil olunub. Akademik heyət, tələbə və məzunlardiskussiyada aktiv iştirak

edərək xanım səfirlə birbaşa ünsiyyət yaradıblar.

Sessiyanın ardınca universitetin Musiqi klubunun üzvləriAzərbaycan və Fransa musiqisi və milli

rəqslərini ifa edərək tədbirə rəng qatıblar.

Tədbirin sonunda xatirə fotosu çəkilib.


Paylaş