×

Xəbərlər

Xəbərlər 02 Feb 2026
ADNSU-da Gənclər Gününə həsr olunmuş “Zəkanın gücü” Brain Ring intellektual yarışı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə  gənc əməkdaşlar arasında Gənclər Gününə həsr olunmuş “Zəkanın gücü” Brain Ring intellektual yarışı keçirilib.

Yarışda ADNSU-nun 7 fakültəsindən və AZİU proqramlarından (SABAH qrupları, BA proqramları və UFAZ) ümumilikdə 8 komandadan ibarət gənc əməkdaşlar iştirak ediblər. 

Maraqlı keçən bilik yarışında İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin əməkdaşlarından ibarət komanda (İTİF) birinci yerə layiq görülüb. Geoloji kəşfiyyat fakültəsi ikinci, Qaz-neft-mədən fakültəsi isə üçüncü yerə layiq görülüb.

Sonda yarışın qaliblərinə kubok, medal və hədiyyələr təqdim olunub. 


Paylaş