Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) şagirdlər üçün təşkil olunan “Mühəndislik düşərgəsi” başa çatıb. Yanvarın 27–31-də keçirilən düşərgə çərçivəsində iştirakçılar mühəndislik və texnologiya sahələri üzrə nəzəri və praktiki təlimlərdə iştirak ediblər.
Düşərgə müddətində “Yer elmlərinin mahiyyəti”, “Yer elmlərinin tətbiqi əsasları” və “Maddələrin sehrli dünyası”, "Energy4me" - Neft haradan gəlir?”, “Unity mühitində skriptləşdirmə”, “Mühəndislər dünyanı necə xilas edir?”, “Humanoid robotlar və onların istehsala təsiri”, həmçinin “Yeni növ istehsal metodları-Qatlı istehsal” və “Təzyiqin sirri : Hidravlikanı kəşf et” mövzularında nəzəri və praktiki təlimlər keçirilib. Bundan əla əlavə şagirdlər həmçinin ADNSU və UFAZ laboratoriyalarına, Mineralogiya muzeyinə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya edib, texnoloji mühitlə yaxından tanış olublar.
Düşərgənin sonunda şagirdlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, düşərgənin əsas məqsədi şagirdlərin mühəndislik sahəsinə marağını artırmaq və onları müasir texnologiyalarla yaxından tanış etmək olub.