Yanvarın 30-da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Tələbə Gənclər Təşkilatlarının Mükafatlandırma Mərasimi 2026” keçirilib.
Tədbir çərçivəsində ADNSU Tələbə Gənclər Təşkilatının (TGT) sədri İntiqam Quliyev “İlin TGT sədri” nominasiyası üzrə mükafata layiq görülüb.
Bu uğur ADNSU TGT komandasının il ərzində göstərdiyi fəal, məqsədyönlü və səmərəli fəaliyyətin, tələbələrin inkişafına verdiyi töhfənin bariz nümunəsidir. Gənclərin sosial, intellektual və liderlik potensialının artırılması istiqamətində həyata keçirilən layihələr və təşəbbüslər bu yüksək qiymətləndirmə ilə bir daha təsdiqləndi.