×

Xəbərlər

Xəbərlər 02 Feb 2026
ADNSU-da Gənclər gününə həsr olunmuş dəyirmi masa keçirilib

Fevralın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Gənclərin cəmiyyətdə rolu və gələcək perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə ADNSU rektorunun Sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova açaraq, gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm roldan, onların sosial, intellektual və vətəndaş mövqeyinin formalaşdırılmasının vacibliyindən bəhs edib. O, gənclərin fəallığının və təşəbbüskarlığının ölkənin gələcəyi üçün əsas amillərdən biri olduğunu vurğulayıb.

Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Gənclərin şəxsi inkişafı, təhsildə və ictimai həyatda aktivliyi, liderlik bacarıqlarının formalaşdırılması, karyera imkanları və gələcək hədəfləri ilə bağlı düşüncə və təklifləri dinlənilib. Müzakirələr zamanı tələbələr cəmiyyətdə daha fəal mövqe tutmağın, sosial layihələrdə iştirakın və könüllülük fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd ediblər.


Paylaş