×

Xəbərlər

Xəbərlər 02 Feb 2026
ADNSU-da  “Skill Camp” proqramına start verilib

Fevralın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Startap və texnologiya transfer ofisinin (TTO) təşkilatçılığı ilə həyata keçirilən “SkillCamp” proqramına rəsmi olaraq start verilib. 

Proqram bu il tələbə–tələbə təlim modeli əsasında təşkil olunur və yuxarı kurs tələbələrinin mentor qismində çıxış edərək 1–2-ci kurs tələbələrinə praktiki təlimlər keçməsini nəzərdə tutur.

Mentor rolunda iştirak edən yuxarı kurs tələbələri təlim keçməklə yanaşı, liderlik və pedaqoji təcrübə qazanacaq, CV və portfoliolarını gücləndirəcək, eyni zamanda texnologiya və startap ekosistemi daxilində şəbəkələşmə imkanları əldə edəcəklər.

“SkillCamp” proqramı AI/ML, Web Development, Game Development və Robotics/IoT istiqamətləri üzrə təşkil olunur. 

ADNSU “SkillCamp” proqramı tələbələr arasında bilik paylaşımını, praktiki öyrənməni və innovativ düşüncəni təşviq edən mühüm təşəbbüslərdən biri kimi həyata keçirilir.

Qeyd edək ki, “SkillCamp” proqramının əsas məqsədi tələbələrin real layihələr üzərində işləyərək praktiki bacarıqlar əldə etməsi, komanda şəklində işləmə vərdişlərini inkişaf etdirməsi və funksional layihələr hazırlamasıdır. Proqram çərçivəsində formalaşdırılan komandalar mentorların rəhbərliyi ilə layihələr üzərində çalışacaq və əldə olunan nəticələr proqramın sonunda keçiriləcək Demo Day tədbirində təqdim olunacaq.


Paylaş