×

Xəbərlər

Xəbərlər 02 Feb 2026
ADNSU-da əcnəbi tələbələr Gənclər günü münasibətilə bir araya gəlib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə əcnəbi tələbələr bir araya gəlib. 

Görüşdə 28 ölkədən 50-yə yaxın əcnəbi tələbə iştirak edib. Görüş çərçivəsində iştirakçılar yerli və xarici milli mətbəx nümunələri ilə tanış olub, qeyri-rəsmi formatda şəbəkələşmə imkanı əldə ediblər. 

Qeyd edək ki, görüşün məqsədi əcnəbi tələbələr arasında ünsiyyəti gücləndirmək, onların universitet mühitinə adaptasiyasını dəstəkləmək və mədəni mübadilə imkanlarını artırmaq olub.


Paylaş