×

Xəbərlər

Xəbərlər 03 Feb 2026
UFAZ tələbəsi Humayın təqaüd müsabiqəsinin qalibi olub

Azərbaycanda və xaricdə bakalavr, magistr və doktorantura təhsili alan və ya almaq istəyən gənclər üçün keçirilən Humayın “Xəyaldan gerçəyə – Payız çağırışı” adlı təqaüd müsabiqəsinin qalibləri müəyyən olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən UFAZ-ın Kimya mühəndisliyi ixtisası üzrə 4-cü kurs tələbəsi Cavidan Nəsirli müsabiqənin qalibləri sırasında yer alır. O, müsabiqə çərçivəsində 2500 AZN məbləğində təqaüdlə mükafatlandırılıb.

Qeyd edək ki, "Huma Quşu" Təhsilə Yardım Fondu tərəfindən təşkil olunan müsabiqəyə ümumilikdə 79 ərizə təqdim edilsə də, onlardan 37-si texniki şərtlərə uyğun hesab edilib. Növbəti mərhələdə 13 namizəd müsahibəyə dəvət olunub.

Fondun Himayəçilik Şurası tərəfindən namizədlərin akademik göstəriciləri, ərizə üzrə topladıqları ballar və müsahibə nəticələri nəzərə alınaraq qaliblər müəyyən edilib.


Paylaş