Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi-pedaqoji heyət üzvləri və tələbələrin beynəlxalq dil sertifikatlarına təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam edir.
“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində müraciət prosesinin rəqəmsallaşdırılması davam edir. İmtahan ödənişlərinin geri qaytarılması üçün onlayn müraciət forması istifadəyə verilib.
Qeyd edək ki, layihə 2022-ci ildən Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra olunur. ADNSU bu təşəbbüsdə iştirak edən aktiv universitetlərdən biridir. Kompensasiya yalnız imtahan nəticəsi üzrə ümumi balı minimum 7.0 bal toplayan iştirakçılara şamil olunur.
Layihə çərçivəsində hər kəs bu imkandan yalnız bir dəfə yararlana bilər.
Bu yenilik sayəsində artıq tələbə və əməkdaşlar sadə, sürətli və rahat şəkildə müraciət edə biləcəklər. Əlavə suallar üçün ADNSU-nun Layihələrin idarə edilməsi şöbəsinə və ya projects@asoiu.edu.az elektron poçt ünvanına müraciət etmək mümkündür.
Keçid: https://forms.office.com/r/7GJNpfHDEq