17 fevral 2026-cı il tarixində saat 16:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin 250 nömrəli auditoriyasında “Spintornika tətbiqləri üçün TM ilə dopinq edilmiş ZnO/ZnSe-nin elektron və maqnit xüsusiyyətlərinin DFT simulyasiyası” mövzusunda elmi seminar təşkil olunacaq.
Seminar çərçivəsində keçid metalları (TM) ilə dopinq edilmiş ZnO və ZnSe yarımkeçirici materiallarının sıxlıq funksional nəzəriyyəsi (DFT) əsasında aparılan simulyasiya tədqiqatlarının ümumi icmalı təqdim ediləcək. Tədqiqatın əsas məqsədi bu materialların elektron və maqnit xüsusiyyətlərinin öyrənilməsi və onların spintornika sahəsində potensial tətbiqlərinin araşdırılmasıdır.
Seminarın məruzəçisi Vüsalə Cəfərova – hesablama materialşünaslığı və kondensə olunmuş maddə fizikası sahəsində ixtisaslaşmış tədqiqatçı müəllimdir. O, 22 ildən artıq elmi fəaliyyəti ərzində beynəlxalq, resenziyalı jurnallarda dərc olunmuş 130-dan çox elmi məqalənin müəllifidir. Hazırda onun tədqiqatları DFT metodu ilə nanomaterialların, xüsusilə ZnO və ZnSe kimi geniş qadağan olunmuş zona yarımkeçiricilərinin spintornika tətbiqləri baxımından öyrənilməsinə yönəlib.
Qeydiyyat üçün keçid: https://forms.gle/66X86SPNH61cvjpr6