Fevralın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Qarabağ Universiteti Tələbə Gənclər Təşkilatları (TGT) arasında əməkdaşlıq görüşü keçirilib.
Hər iki universitetin Tələbə Gənclər Təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və tələbələrin ictimai fəallığının artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Qarabağ Universitetinin TGT sədri ilə tanışlıq olub, gələcək fəaliyyət planları, sosial, mədəni və maarifləndirici tədbirlərin birgə təşkili məsələləri müzakirə edilib.
Görüş zamanı tələbələrin şəxsi inkişafına dəstək göstərən təşəbbüslərin artırılması, liderlik bacarıqlarının formalaşdırılması və universitetlərarası əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.