×

Xəbərlər

Xəbərlər 12 Feb 2026
ADNSU-da “Idealise” inkubasiya proqramı çərçivəsində tələbələrin startap ideyaları dinlənilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Idealise” inkubasiya proqramı çərçivəsində komandaların pitch təqdimatlarının əvvəlcədən dinlənilməsi uğurla baş tutub. 

Dinləmələr zamanı 9 komanda üzvləri hazır təqdimat və mövcud prototipləri ilə çıxış edərək layihələrinin hazırkı vəziyyətini nümayiş etdiriblər.

Layihələrin təqdimat strukturu, biznes yanaşması və məhsulun inkişaf səviyyəsi üzrə rəy və təkliflər səsləndirilib. Prototiplərin güclü tərəfləri və təkmilləşdirilməsi vacib məqamlar münsiflər və mentorlar tərəfindən qeyd olunaraq komandaların final mərhələsinə daha hazırlıqlı şəkildə keçməsi üçün praktik tövsiyələr verilib.

Qeyd edək ki, proqramın final mərhələsi yaxın günlərdə keçiriləcək və komandalar layihələrini yekun qiymətləndirmə üçün təqdim edəcəklər.


Paylaş