×

Xəbərlər

Xəbərlər 14 Feb 2026
ADNSU rektoru “Təhsildə Keyfiyyət və İnnovasiya Forumu”nda geniş təqdimatla çıxış edib

Fevralın 13-də Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Təhsildə Keyfiyyət və İnnovasiya Forumu” keçirilib. Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan forum ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorlarını, eləcə də tədris və keyfiyyət bölmələrinin rəhbər şəxslərini bir araya gətirib.

Forumun əsas istiqamətləri ali təhsildə keyfiyyət təminatı, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya təcrübələri və qlobal standartlara uyğunlaşma mövzularını əhatə edib.

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rüfət Əzizov geniş təqdimatla çıxış edib. Rektor ali təhsildə keyfiyyətin artırılmasında rəqəmsallaşmanın, süni intellekt texnologiyalarının və innovativ idarəetmə mexanizmlərinin rolunu xüsusi vurğulayıb. O bildirib ki, müasir dövrdə universitetlər yalnız bilik ötürən qurum deyil, eyni zamanda texnoloji transformasiyanın əsas aparıcı qüvvəsidir. Rüfət Əzizov ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin rəqəmsal həllərlə gücləndirilməsinin, məlumat əsaslı idarəetmənin tətbiqinin və beynəlxalq standartlara inteqrasiyanın prioritet istiqamətlər olduğunu diqqətə çatdırıb.

Forum panel müzakirələrlə davam edib.  ADNSU-nun tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov panel sessiyada çıxış edib. O, süni intellekt texnologiyasının və innovativ idarəetmənin yaratdığı imkanardan danışıb, reallıqlar və perspektivlər haqqında təkliflər səsləndirib.

Eləcə də panel müzakirələrdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ekspertləri, universitetlərin keyfiyyət üzrə ixtisaslaşmış nümayəndələri və təhsil sahəsinin mütəxəssisləri aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar, reallıqlar və perspektilərlə bağlı.


Paylaş