Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə universitet tələbələri qış düşərgəsi çərçivəsində Quba rayonunda yerləşən Nazlı Bulaq İstirahət Mərkəzinə səfər ediblər.
Düşərgədə THİK-in fəal üzvləri iştirak ediblər. İki gün davam edən səfər müddətində tələbələr asudə vaxtlarını səmərəli şəkildə keçirərək istirahət edib, müxtəlif proqramlarda iştirak ediblər.
Tədbirin əsas məqsədi tələbələrin asudə vaxtının daha səmərəli təşkili, komanda ruhunun gücləndirilməsi və sosial aktivliyin artırılması olub.