×

Xəbərlər

Xəbərlər 16 Feb 2026
ADNSU SABAH qruplarının tələbəsi beynəlxalq elmi tədbirdə təqdimatla çıxış edib

SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Emiliya Məmmədova Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində 23–27 dekabr 2025-ci il tarixlərində keçirilmiş “MDB-yə üzv dövlətlərin Kimyaçılar Məktəbi” adlı beynəlxalq elmi layihədə iştirak edib.

Tələbə tədbir çərçivəsində “Metal tullantıların təkrar istifadəsi ilə beton kompozitlərin alınması” mövzusunda elmi təqdimatla çıxış edərək tədqiqat nəticələrini beynəlxalq auditoriyaya təqdim edib.

Beynəlxalq elmi tədbirdə müasir kimyanın aktual problemləri, kimya təhsilinin inkişaf istiqamətləri, elmi-tədqiqat fəaliyyətinin perspektivləri, ekoloji təhlükəsizlik məsələləri, innovativ kimyəvi texnologiyalar və beynəlxalq elmi əməkdaşlıq imkanları geniş müzakirə olunub. Proqram çərçivəsində aparıcı alimlərin mühazirələri dinlənilib, iştirakçıların elmi məruzələri və təqdimatları təqdim edilib.


Paylaş