×

Xəbərlər

Xəbərlər 18 Feb 2026
ADNSU əməkdaşlarının məqaləsi Q1 kateqoriyalı nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) həmmüəllifi olduğu elmi tədqiqat işi yüksək impakt faktorlu, Q1 kateqoriyalı beynəlxalq elmi jurnal olan Energies nəşrində çap olunub. Məqalənin müəllifləri ADNSU-nun Neft-qaz mühəndisliyi kafedrasının doktorantı və SABAH Mərkəzinin proqram rəhbəri Elnur Əlizadə, “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müəllimi Mehparə Adıgözəlova, texnika elmləri doktoru həmçinin Çin Neft Universitetinin professoru Xiu Vandır. 

“Yeni multifunksiyalı kompozisiyanın neftlərin sulaşma amili, korroziya və parafinçökməyə təsirinin tədqiqi” adlı məqalə neft hasilatı proseslərində texnoloji problemlərin aradan qaldırılmasına yönəlmiş kompleks laboratoriya tədqiqatlarının nəticələrini əhatə edir. 

Tədqiqat çərçivəsində laboratoriya şəraitində hazırlanmış çoxfunksiyalı kompozisiyanın asfalten-qatran-parafin çöküntülərinə, sulaşma amilinə və korroziya proseslərinə təsiri öyrənilib. Aparılmış təcrübələr nəticəsində müxtəlif reagentlərin optimal sərf qatılığı müəyyən edilmiş və yeni kompozisiyanın ayrı-ayrı aşqar və inhibitorlarla müqayisədə daha yüksək effektivlik nümayiş etdirdiyi müəyyən olunub. 

Araşdırma beynəlxalq elmi əməkdaşlıq çərçivəsində həyata keçirilib və neft sənayesində texnoloji proseslərin optimallaşdırılması baxımından mühüm elmi-praktik əhəmiyyətə malikdir.


Paylaş