×

Xəbərlər

Xəbərlər 18 Feb 2026
ADNSU-da MBA proqramlarında dərslərə start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Biznesin təşkili və idarə edilməsi (MBA) ixtisası üzrə yeni tədris semestrinə start verilib. 

Dərslərin başlanması münasibətilə ilk mühazirəni universitetin rektoru, dosent Rüfət Əzizov keçib. O, tələbələrə tədris etdiyi “İnnovasiya strategiyaları” fənni çərçivəsində müasir biznes mühitində innovativ yanaşmaların əhəmiyyəti, strateji düşüncənin rolu və rəqabət üstünlüyünün formalaşdırılması mövzularında ətraflı məlumat verib. Rektor çıxışında MBA proqramlarının idarəetmə sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, MBA proqramında tədris Azərbaycan və ingilis dillərində aparılır. Azərbaycan dilində tədris olunan proqram üzrə bu il ümumilikdə 5 qrupda 106 tələbə təhsil alır. MBA proqramı çərçivəsində tələbələrə müasir idarəetmə bacarıqları qazandırmaq məqsədilə müxtəlif ixtisaslaşma istiqamətləri təqdim olunur. Bunlara Əməliyyatların idarə edilməsi, Marketinq (MBA), Ümumi idarəetmə, İnsan resurslarının idarə olunması və İnformasiya texnologiyalarının idarə olunması daxildir. Proqramın məqsədi əmək bazarının tələblərinə uyğun peşəkar idarəçi kadrların hazırlanmasıdır.


Paylaş