×

Xəbərlər

Xəbərlər 18 Feb 2026
ADNSU-nun 3 tələbəsi “AzerGold” təqaüd proqramının qalibi olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri sənaye ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən nüfuzlu proqramlarda əldə etdikləri uğurlarla seçilməyə davam edirlər. “AzerGold” QSC tərəfindən təşkil olunan “AzerGold” təqaüd proqramına ümumilikdə 247 müraciət daxil olub. Çoxmərhələli seçim prosesi nəticəsində 9 nəfər qalib müəyyən edilib və qaliblər arasında ən çox təmsil olunan universitet məhz ADNSU olub. Belə ki, proqram üzrə qalib adını qazananlardan 3 nəfəri ADNSU tələbəsidir (2 bakalavr, 1 magistr). Təqaüd qazanan tələbələr Qaraşova Əsmər və Abdullayev Elmir “Mədən mühəndisliyi” ixtisası üzrə, Aytac Cahangirzadə isə SABAH qrupları çərçivəsində “Bərk tullantıların yenidən emalı” ixtisası üzrə təhsil alır.

Proqram çərçivəsində qaliblər aylıq maliyyə dəstəyi ilə yanaşı, peşəkar mentorluq, istehsalat sahələri ilə tanışlıq və gələcək karyera imkanları əldə edirlər. Bu təşəbbüs tələbələrin nəzəri biliklərini real istehsalat mühitində tətbiq etməsinə, peşəkar bacarıqlarının inkişafına və əmək bazarına hazırlıq səviyyəsinin yüksəlməsinə xidmət edir.

Qeyd edək ki, ADNSU sənaye müəssisələri ilə qurduğu davamlı əməkdaşlıq əlaqələri sayəsində tələbələrə real iş mühitində təcrübə qazanmaq, müasir texnologiyalarla işləmək və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. “AzerGold” təqaüd proqramında universitet tələbələrinin geniş təmsil olunması bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin uğurlu nəticəsi kimi qiymətləndirilir.


Paylaş