×

Xəbərlər

Xəbərlər 19 Feb 2026
ADNSU məzunu “PAŞA Holding”MMC-nin İnsan Resursları və İnzibati İşlər Departamentinə direktor təyin edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu - Vahidə Rzayeva  “PAŞA Holding”MMC-nin İnsan Resursları və İnzibati işlər departamentinə direktor təyin edilib. O, müxtəlif illərdə Azercell Telekom MMC və AzerGold QSC-də rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib.

Vahidə Rzayeva bakalavr təhsilini Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyasında İdarəetmə ixtisası üzrə (2007–2011), magistr təhsilini isə ADNSU və ABŞ-nin Corciya Dövlət Universitetinin birgə layihəsi olan MBA (Operations Management) proqramında “Əməliyyatların İdarəedilməsi” ixtisası üzrə (2011–2013) tamamlayıb. 

ADNSU məzunlarının ölkənin aparıcı şirkətlərində təmsil olunması universitetin yetişdirdiyi peşəkar kadrların uğur göstəricisidir.

Məzunumuzu təbrik edir, yeni vəzifəsində uğurlar arzulayırıq.


Paylaş