Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə“PASHA Property Management” şirkəti arasında əməkdaşlıqsazişi imzalanıb. Görüş çərçivəsində tərəflər arasında gələcəkəməkdaşlıq istiqamətləri müzakirə olunub, qarşılıqlıtərəfdaşlığın perspektivləri dəyərləndirilib.
ADNSU tərəfdən görüşdə universitetin rektoru, dosent Rüfət Əzizov, rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova və İnsan Resursları Departamentinin direktoruGünay Rəfiyeva iştirak ediblər. “PASHA Property Management” şirkətini isə baş icraçı direktor Tural Əliyev, İnsan Resurslarıüzrə direktor Nigar Hüseynzadə, Təlim və inkişaf üzrə menecerSəidə Məmmədova və baş icraçı direktorun assistenti İlahəHəşimzadə təmsil ediblər.
Görüş zamanı əməkdaşlığın əsas istiqamətlərindən biri kimiməzunlarla bağlı birgə fəaliyyət imkanları diqqətə çatdırılıb. Bildirilib ki, tərəfdaşlıq çərçivəsində tələbə və məzunların şirkəttərəfindən təşkil olunan ödənişli təcrübə proqramlarına cəlbedilməsi, eləcə də əməkdaşların müxtəlif təlim və görüşlərdəiştirakı nəzərdə tutulur.
Sonda qonaqlar ADNSU-nun Tarix muzeyi və RəqəmsalEnergetika laboratoriyası ilə tanış olublar.