×

Xəbərlər

Xəbərlər 20 Feb 2026
ADNSU-da Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatınin təşəbbüsü ilə “Gələcək naminə: Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsində gənclərin rolu” mövzusunda maarifləndirici seminar keçirilib. 

Seminarda Qarabağ və Şərqi Zəngəzur bölgəsindən olan 60 nəfər tələbə iştirak edib.

Çıxışlarda Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, “Böyük Qayıdış” prosesi və bu mərhələdə gənclərin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, uzun illər doğma torpaqlarından kənarda yaşamış gənclərin ictimai fəallığının artırılması və onların dirçəldilmə prosesinə cəlb olunması prioritet istiqamətlərdəndir.

Tədbir iştirakçıları maraqlandıran suallar cavablandırılması və müzakirələrlə davam edib. 


Paylaş