Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İspaniyanın Murcia San Antonio Katolik Universitetinin (UCAM) birgə təşkilatçılığı ilə “Süni intellekt və ətraf mühitin davamlılığı” mövzusunda beynəlxalq akademik onlayn seminar keçirilib.
Seminarın əsas mövzuları süni intellektin ekoloji dayanıqlılığın təmin olunmasındakı rolu, məlumat əsaslı və fiziki qanunlara əsaslanan modellərin inteqrasiyası, həmçinin ədalətli ekoloji keçidi tənzimləyən hüquqi və normativ çərçivələr olub.
Tədbirdə məruzəçilər - Nigar İsmayılova “Süni intellekt, maşın və ekoloji modelləşdirmə” mövzusunda, María Méndez Rocasolano “Fundamental hüquqlar, ekoloji hüquq və texnoloji innovasiyaların idarəedilməsi”, Fabio Benintende isə “Avropa dayanıqlılıq tənzimləmələri və bioyanacaq siyasəti” mövzuları üzrə çıxış ediblər.
Seminarda həm tələbələr, həm də mütəxəssislər fəal iştirak edərək müzakirələrdə öz təcrübələrini bölüşüblər. İştirakçılar süni intellektin ekoloji problemlərin həllində istifadəsi və bu sahədə hüquqi, institusional mexanizmlərin əhəmiyyəti barədə geniş biliklər əldə ediblər.