×

Xəbərlər

Xəbərlər 23 Feb 2026
ADNSU-da spintronika mövzusunda elmi seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Spintronika tətbiqləri üçün TM ilə dopinq edilmiş ZnO/ZnSe-nin elektron və maqnit xüsusiyyətlərinin DFT simulyasiyası” mövzusunda elmi seminar keçirilib.

Seminarın məruzəçisi hesablama materialşünaslığı və kondensə olunmuş maddə fizikası üzrə ixtisaslaşmış tədqiqatçı müəllim Vüsalə Cəfərova olub. O, 22 ildən artıq elmi fəaliyyəti ərzində beynəlxalq resenziyalı jurnallarda dərc olunmuş 130-dan çox elmi məqalənin müəllifidir. Tədqiqat istiqamətləri əsasən DFT metodu vasitəsilə nanomaterialların, xüsusilə geniş qadağan olunmuş zona yarımkeçiricilərinin spintronika tətbiqləri baxımından öyrənilməsini əhatə edir.

Seminar çərçivəsində keçid metalları (TM) ilə dopinq edilmiş ZnO və ZnSe yarımkeçirici materiallarının sıxlıq funksional nəzəriyyəsi (DFT) əsasında aparılmış simulyasiya tədqiqatlarının nəticələri təqdim edilib. Məruzə zamanı bu materialların elektron və maqnit xüsusiyyətləri, həmçinin spintronika sahəsində perspektiv tətbiq imkanları elmi əsaslarla izah olunub və mövzu ətrafında müzakirələr aparılıb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda iştirakçıların sualları cavablandırılıb. 


Paylaş