×

Xəbərlər

Xəbərlər 26 Feb 2026
ADNSU-da Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya Texnologiya fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Dəyirmi masada Kimya Texnologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Fakültənin dekanı, professor Sevinc Məmmədxanova və Humanitar fənlər kafedrasının dosenti Yaşar Əhmədov çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi həkk olunub və bu faciə heç zaman unudulmamalıdır. Bildirilib ki, Ali Baş Komandanın rəhbərlyi ilə yenilməz Azərbaycan Ordusu Xocalı və digər işğal altnda olan torpaqlarımızı düşmən əsarətindən azad edib və bu gün xocalı azaddır. Həmçinin vurğulanıb ki, bu gün işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Xocalıda Azərbaycan bayrağının dalğalanması faciə qurbanlarının qanının yerdə qalmadığını göstərir və tarixi ədalətin bərpasının təntənəsidir.

Tədbirdə iştirak edən tələbələr də çıxışlarında Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri olduğunu bildiriblər. Onlar bu həqiqətlərin gələcək nəsillərə çatdırılmasında üzrərlərinə düşən vəzifəni layiqincə icra edəcəyini bildiriblər.


Paylaş