×

Xəbərlər

Xəbərlər 26 Feb 2026
ADNSU-nun kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent, Rüfət Əzizov və universitetin professor-müəllim heyəti Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq “Ana harayı” abidəsini ziyarət ediblər.

Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib. Qeyd edək ki, ADNSU-da Xocalı soyqırımının 34-cü ildönümü münasibəti ilə müxtəlif tədbirlər keçirilib, həmçinin Azİİ e-Kitab evində bu münasibətlə sərgi təşkil olunub.



 


Paylaş