×

Xəbərlər

Xəbərlər 27 Feb 2026
ADNSU məzununun “Qazma geologiyası” adlı kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzində universitetin məzunu, hazırda SOCAR-ın Kompleks Qazma İşləri Trestində böyük geoloq vəzifəsində çalışan İlqar Cəfərovun “Qazma geologiyası” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə GKF-nin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Təqdimatdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ölkəmizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova kitab haqqında ümumi məlumat verib. Ardınca Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Namət Paşayev, dosent Gültər Nəsibova, ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov və GKF-nin baş müəllimi Allahverdi Tağıyev çıxış edərək nəşrin elmi əhəmiyyətindən danışıblar.

Sonda müəllif İlqar Cəfərov çıxış edərək göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.


Paylaş