Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq həyata keçirilən “Tələbə və müəllim mübadiləsi” proqramı çərçivəsində növbəti akademik fəaliyyətlər uğurla həyata keçirilib.
Belə ki, MDU-nun iki nəfər magistrantı - Ekologiya mühəndisliyi ixtisasının II kurs tələbəsi Hüseynli Əkbər və Elektroenergetika mühəndisliyi ixtisasının II kurs tələbəsi İsmayılov Nail ADNSU-da 4 həftəlik elmi-tədqiqat təcrübəsində olublar. Bununla yanaşı, proqram çərçivəsində MDU əməkdaşı Həsənov Ramil 23–27 fevral tarixlərində ADNSU-da akademik təcrübə mübadiləsində iştirak edib. Eyni zamanda, kitabxana və informasiya sistemləri sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə MDU-nun Kitabxana informasiya mərkəzinin müdiri Sevda Səfərova da həmin tarixlərdə ADNSU-ya ezam olunublar.
Ölkədaxili akademik təcrübə mübadiləsinin təşviqinə xidmət edən əməkdaşlıq çərçivəsində Ramil Həsənov ADNSU-nun magistratura səviyyəsində təhsil alan tələbələri üçün dərs keçib. İlk dərslər Neft-qaz mühəndisliyi və İnformasiya texnologiyaları ixtisaslarıüzrə magistr qruplarında “Akademik yazı və etika” fənni üzrə təşkil olunub.
Kitabxana informasiya mərkəzinin müdiri Sevda Səfərova ADNSU-nun Kitabxana infromasiyamərkəzində görüş keçirib müxtəlif istiqamətlərdəmüzakirələr aparıblar.
Qeyd edək ki, həyata keçirilən akademik fəaliyyətləriki ali təhsil müəssisəsi arasında əməkdaşlığıngücləndirilməsinə və elmi mühitdə təcrübəmübadiləsinin genişlənməsinə xidmət edir.