×

Xəbərlər

Xəbərlər 05 Mar 2026
ADNSU-nun 10 tələbəsinə “Həmkarlar ittifaqı təqaüdü” verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edilib.

Ölkə üzrə təqaüdə layiq görülən 250 tələbədən 10-u Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsidir. Belə ki, ADNSU-nun tələbələri: Eşqin Məlikov, Sənan Hüseynov, Yusif Süleyman, Rəqsanə Məmmədova, Alsu Güləhmədova, Rəna Ağayeva, Səid Əhmədov, Özgür Eyyubov, Aysel Məmmədli və Fatimə Fətəlizadə qaliblər sırasında yer alıblar.

Qeyd edək ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü” proqramı tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və onların potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir.


Paylaş