×

Xəbərlər

Xəbərlər 05 Mar 2026
ADNSU tələbələrinə mediasiya prosesinin mahiyyəti və bu sahədə mediatorların rolu haqqında seminar keçirilib

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetidə Mediasiya Şurasınin təşəbbüsü ilə tələbələr üçün “Mübahisələrin alternativ həlli” mövzusunda seminar təşkil olunub.

ADNSU-nun məsləhətçi psixoloqu Fatimə Kərimli seminar barədə ümumi məlumat verdikdən sonra tədbiri Bakı 20 saylı mediasiya təşkilatının direktoru Nicat İsmayılov, psixoloq-mediatorlar Səbinə İsmayılova və Səltənət Həsənova aparıblar.

Seminarda tələbələrə mübahisələrin məhkəmədənkənar həlli yolları, mediasiya prosesinin mahiyyəti və bu sahədə mediatorların rolu haqqında ətraflı məlumat verilib. Çıxış edənlər mediasiyanın tərəflər arasında yaranan mübahisələrin qarşılıqlı anlaşma və dialoq yolu ilə həllinə imkan yaradan effektiv mexanizmlərdən biri olduğunu bildiriblər. Qeyd olunub ki, bu üsul həm vaxt itkisinin qarşısını alır, həm də tərəflər arasında münasibətlərin qorunmasına kömək edir.

Tədbir zamanı mübahisələrin həllində psixoloji yanaşmanın əhəmiyyəti, tərəflər arasında düzgün ünsiyyətin qurulması və mediatorun prosesdəki rolu barədə də məlumat verilib.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.


Paylaş