×

Xəbərlər

Xəbərlər 05 Mar 2026
Rüfət Əzizov: “İstehsalat müəssisələrində innovasiya yeni düşüncə tərzinin və yaradıcı yanaşmaların təşviqini əhatə edir”

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) sənaye müəssisələrində çalışan universitetin xanım məzunları üçün 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Böyük şirkətlərdə innovasiya” mövzusunda təlim keçirilib.

Təlim ADNSU-nun rektoru, dosent Rəfət Əzizov tərəfindən aparılıb. Rektor əvvəlcə qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib. O, Azərbaycan cəmiyyətində qadınların mühüm rol oynadığını, xüsusilə sosial həyatın və ailə dəyərlərinin qorunub saxlanılmasında onların böyük töhfələr verdiyini qeyd edib. Bildirilib ki, ölkədə qadınların müxtəlif sahələrdə olduğu kimi, sənaye və istehsalat sektorunda da fəal iştirakı cəmiyyətin inkişafına mühüm təsir göstərir.

Təlimdə təqdimatla çıxış edən rektor səmərəlilik və innovasiya, istehsalat zənciri və müasir sənaye müəssisələrində innovativ yanaşmaların əhəmiyyətindən bəhs edib. O, bildirib ki, istehsalat müəssisələrində innovasiya yalnız texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda yeni düşüncə tərzinin, yaradıcı yanaşmaların və təşəbbüskarlığın təşviqini də əhatə edir. Bu prosesdə insan kapitalının vacibliyi xüsusi vurğulanıb.

Təlim çərçivəsində şirkətlərdə innovasiya mühitinin formalaşdırılması, yeni texnologiyaların tətbiqi və yaradıcı yanaşmaların istehsalat proseslərinə inteqrasiyası ilə bağlı məlumatlar təqdim olunub.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.


Paylaş