×

Xəbərlər

Xəbərlər 06 Mar 2026
TGT-nın təşkilatçılığı ilə keçirilən seminarda stresin idarə olunması və şəxsi inkişaf mövzusundan bəhs olunub

Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) BA Proqramlarının təşkilatçılığı ilə “DİM 3: psixoloji dayanıqlılığın gücləndirilməsi” mövzusunda seminar keçirilib. 

Seminar zamanı iştirakçılara psixoloji dayanıqlılığın gündəlik həyatda və təhsil prosesində əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Çıxış edən spikerlər psixoloji təzyiqlərlə mübarizə üsullarından, stresin idarə olunması yollarından və şəxsi inkişaf üçün psixoloji dayanıqlılığın gücləndirilməsinin vacibliyindən bəhs edib.

Tədbir çərçivəsində tələbələrlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və mövzu ilə bağlı faydalı tövsiyələr verililib. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Paylaş