×

Xəbərlər

Xəbərlər 06 Mar 2026
ADNSU-da Qazaxıstanın Yesenov universitetinin magistrantlarının təcrübə proqramı başa çatıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə tərəfdaş ali təhsil müəssisəsi olan Qazaxıstanın Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetin magistr tələbələrinin növbəti təcrübə proqramı uğurla başa çatıb. 

Proqram çərçivəsində magistr tələbələr universitetdə müxtəlif akademik və praktiki fəaliyyətlərdə iştirak edərək bilik və təcrübələrini artırmaq imkanı əldə ediblər. Maraqlı və səmərəli keçən təcrübə proqramı bu həftə artıq yekunlaşıb.

Proqramı başa vuran əcnəbi gənclərə uğurlar arzulanıb və faydalı təcrübənin gələcəkdə dədavam etdirilməsinin əhəmiyyəti qeyd edilib. 


Paylaş