×

Xəbərlər

Xəbərlər 08 Mar 2026
ADNSU-nun rektoru: “Uğurun əsas açarı bilik, zəhmət və cəsarətdir”

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, dosent Rufat Əzizov universitetin xanım tələbələri ilə görüşü keçirilib. Görüşdə ali təhsil müəssisəsində ictimai fəallığı ilə seçilən tələbə qızlar iştirak ediblər.

Rektor tələbələri bayram münasibətilə təbrik edərək onlara təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışı zamanı qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Uğurun əsas açarı bilik, zəhmət və cəsarət olduğunu deyən rektor tələbələrə tövsiyələr verərək onların həm təhsildə, həm də gələcək karyeralarında böyük nailiyyətlər qazanacaqlarına inandığını qeyd edib.


Paylaş